Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi adından Sizi salamlayıram. Burada Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, iqtisadiyyatı, sosial və siyasi həyatı barəsində maraqlı məlumatları əldə edə biləcəksiniz.Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil və ardıcıl xarici siyasətimiz nəticəsində Azərbaycan Respublikası beynəlxalq aləmdə böyük nüfuz qazanmış, dünyanın inkişaf etmiş qabaqcıl ölkələrinin əksəriyyəti ilə faydalı əlaqələr qurmuşdur. Belə ölkələrdən biri də qloballaşan dünyada siyasət, iqtisadiyyat, mədəniyyət, turizm sahələrində önəmli bir yeri olan İspaniya Krallığıdır.
İspaniya təbiətinin gözəlliyi, xalqının qonaqpərvərliyi, musiqisinin, rəqslərinin ecazkarlığı ilə Avropada Azərbaycana ən yaxın ölkədir. Qədim tarixi, dərin adət ənənələri olan bu ölkə ilə enerji, sənaye, turizm, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığımızın inkişaf etməsi, ticarət həcmimizin artması sevindiricidir.
Sənayesinə, iqtisadiyyatına görə dünyanın ən qabaqcıl ölkələrindən biri olan İspaniya, eyni zamanda Amerika qitəsini və Dünyanın önəmli bir hissəsini əhatə edən 19 İspan dilli ölkənin mədəni-mənəvi mərkəzi, bu ölkələrə bir körpüdür. Azərbaycan Respublikasının İspaniya Krallığı ilə ikitərəfli qarşılıqlı faydalı əlaqələrinin inkişaf etməsinin, ölkəmizin İspan dilli dünyada tanınması və İspan dilli dövlətlərlə sıx əlaqələrin qurulmasında çox yararlı olacağına inanıram
Saytımıza ziyarətinizin faydalı və maraqlı olacağını ümid edirəm.